YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Ramil Həsən Ucar rayon Çiyni kəndində seçicilərlə görüşüb

Milli Məclisin deputatı Ramil Həsən Ucar rayon Çiyni kəndində seçicilərlə görüşüb.

Əvvəlcə Ramil Həsən Yeni Azərbaycan Partiyası Ucar rayon Təşkilatının sədri Şəhla Abdullayeva ilə birlikdə çiyni kəndində ulu öndər Heydər Əliyevin Çiyni kəndində ucaldılmış abidəsini ziyarət edib, önünə çiçəklər qoyub.

 Daha sonra deputat Çiyni kənd tam orta məktəbinin həyətində Çiyni, Qaradağlı və Məlikballı kəndlərindən olan seçiciləri ilə görüşüb.

Vətəndaşlar tərəfindən kənd yollarının asfaltlanması, kəndlərdə gənc ailələrin evlərinin elektrik enerjisi ilə təmin olunması, kənd ərazilərində meliorativ tədbirlərin aparılmaması, suvarma sisteminin təkmilləşdirilməsi, işsizlik, əlilliyin təyini, sosial müavinət, yol infrastrukturu, müalicə ilə bağlı müraciətlər və şəxsi problemlərin həlli kimi məsələlər ən çox səsləndirilən fikirlərdən olub.

Seçicilərlə görüş zamanı deputat vətəndaşların problemlərini, təklif və tələblərini diqqətlə dinləyib,

Şikayətlər deputat tərəfindən dinlənildikdən sonra lazımi tapşırıqlar verilib və qısa müddətdə əhalinin bu qəbildən olan tələb və təkliflərinin müvafiq dövlət qurumlarına çatdırılması ilə bağlı tədbirlər görüləcəyi bildirilib.