YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Babazeynal Babazadənin doğum günündə xatirəsi anılıb

Lerik rayonu Amburdərə kəndində 44 günlük Vətən müharibəsində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış şəhid Babazadə Babazeynal Maqsud oğlunun doğum günündə xatirəsi anılıb.

Tədbirdə Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev, Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, hüquq-mühafizə orqanları, ictimaiyyət nümayəndələri, şəhid ailələrinin üzvləri şəhidin məzarını ziyarət edib, məzarı önünə gül-çiçək dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.

Vətən müharibəsi başladığı gündən şəhid Babazdə Babazeynal da torpaqlarımızın düşmən işğalından azad edilməsi üçün döyüşlərə qatılıb, bir sıra strateji yüksəkliklərin alınmasında yüksək fədakarlıq və şücaət göstərərək, onlarla erməni əsgərini məhv edir. Qəhrəman əsgər oktyabrın 6-da Ağdərə rayonu uğrunda gedən şiddətli döyüşlərdə şəhid olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "İgidliyinə görə", "Laçının azad olunması uğrunda, "Suqovuşanın azad olunması uğrunda" , “Vətən uğrunda” medalları ilə təltif edilib.