YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən müharibəsi şəhidinin doğum günündə xatirəsi anılıb

İyul ayının 1-də Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı və təşkilatın əməkdaşı II Qarabağ müharibəsində Vətənimizin müdafiəsi uğrunda öz canından keçən, rayonun Zəhmətabad  kəndindən olan şəhid kapitan Tağızadə Elçin Ağaqulu oğlunun doğum günü münasibəti ilə ailəsini ziyarət ediblər.

Görüşdə şəhid kapitanın şərəfli həyatı və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edilib və şəhid ailəsinin qayğıları ilə maraqlanılıb.

Daha sonra ictimayət nümayəndələri ilə birgə şəhidin məzarı ziyarət olunub və ruhuna dualar oxunub.

Şəhidin valideyinləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən  şəhid Tağızadə Elçin Ağaqulu oğlu ölümündən sonra  “Qarabağ” oredini, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.