YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanla İordaniya arasında qarşılıqlı investisiya imkanları və biznes əlaqələrinin təşviqi məsələləri müzakirə olunub

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 1-də İordaniya Haşimilər Krallığı Senatının sədri Faysal Al-Fayez ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakıda keçirilən konfransının əhəmiyyəti vurğulanıb.

Azərbaycan-İordaniya münasibətlərinin müxtəlif istiqamətlərdə inkişaf etdiyi məmnunluqla qeyd edilib. İki ölkənin beynəlxalq təşkilatlar, xüsusən də İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və BMT çərçivəsində səmərəli əməkdaşlıq etdikləri diqqətə çatdırılıb.

Görüşdə Azərbaycan ilə İordaniya arasında ticari-iqtisadi münasibətlərin genişləndirilməsi, qarşılıqlı investisiya imkanları və biznes əlaqələrinin təşviqi, həmçinin müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.