YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin sədri Küveyt Milli Assambleyasının spikeri ilə görüşüb

İyulun 1-də Milli Məclisin sədri Sahibə Qafarova Küveyt Milli Assambleyasının spikeri Marzuk əl-Qənim ilə görüşüb.

Milli Məclisin sədri qonağı ölkəmizdə salamlamaqdan məmnunluğunu ifadə edib və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakıda keçirilən Konfransında iştirak etdiyinə görə ona təşəkkürünü bildirib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Sahibə Qafarova dövlətlərarası münasibətlərin inkişafından söz açaraq, Azərbaycanın Küveytlə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini deyib. Ölkə başçılarının qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin bu əlaqələrin dərinləşməsinə mühüm töhfə verdiyini vurğulayıb. Spiker ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni əlaqələrin durmadan inkişaf etməsindən razılıqla danışıb.

Azərbaycan Parlamentinin sədri qanunvericilik orqanları arasında əməkdaşlığın vacibliyindən danışıb. O, hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyət göstərməsini təqdir edib.

Görüşdə Milli Məclisin sədri Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransının əhəmiyyətindən söhbət açıb. Konfransda müzakirəyə çıxarılan məsələlərin aktuallığını qeyd edib. Azərbaycan Prezidenti İlham Əliyevin Konfransın açılış mərasimində çıxışına diqqət çəkən Sahibə Qafarova ölkə başçısının qaldırdığı məsələlərin qlobal əhəmiyyət daşıdığını vurğulayıb.

Küveyt Milli Assambleyasının spikeri Marzuk əl-Qənim qonaqpərvərliyə və səmimi söhbətə görə minnətdarlığını ifadə edib. O, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında iştirak etdiyinə görə məmnunluğunu bildirib. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə irəli sürdüyü təşəbbüsləri təqdir edib. Hərəkatın Parlament Şəbəkəsinin də fəaliyyətinin uğurlu olacağına inamını bildirən qonaq Bakı Konfransının işinə müvəffəqiyyətlər arzulayıb.

Ölkəmizdə bütün sahələrdə müşahidə olunan tərəqqidən söhbət açan spiker Marzuk əl-Qənim Küveytin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu deyib. İki ölkə arasında bir çox sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar olduğunu bildirib.

Söhbət zamanı qonaq parlamentlərarası əlaqələrin inkişafı və parlament diplomatiyasının əhəmiyyəti barədə fikirlərini açıqlayıb. Parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin qanunvericilik sahəsində təcrübə mübadiləsi baxımından önəmli olduğunu qeyd edib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.