YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Beynəlxalq münasibətlər sistemində aparıcı mövqeyə malikdir

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Azərbaycan regionda geosiyasi potensiala malik olan bir dövlət kimi həm region, həm də bir sıra Avropa ölkələri üçün önəmli tərəfdaşdır. Bu gün ölkəmiz Beynəlxalq münasibətlər sistemində aparıcı mövqeyə malikdir və milli dövlətçilik maraqları çərçivəsində Beynəlxalq arenaya uğurla inteqrasiya etməkdədir. Həmçinin müstəqil xarici siyasət aparan Respublikamız özünün Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən yararlanaraq uğurlarının miqyasını  gündən günə artırmaqdadır.

 Ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu və qətiyyətli siyasət xətti ölkəmizin geosiyasi arenada müsbət imiclə tanınmasını təmin etmişdir.  Prezident cənab İlham Əliyev hər zaman Xəzəryanı ölkələr arasında dostluq və tərəfdaşlıq  münasibətlərinin inkişaf etdirilməsinə böyük önəm vermişdir.

29 iyun 2022-ci il tarixində Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında  Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin çıxışı və bu çıxışdan irəli gələn aktual məsələlər böyük önəm daşıyı.

Zirvə Toplantısında çıxış edən Prezident cənab İlham Əliyev Azərbaycanın ölkələrimizin Xəzərdə qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verdiyini, Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyətindən bəhs etmiş və Konvensiyanın tezliklə qüvvəyə minməsilə dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacağını bildirmişdir. Eyni zamanda dövlət başçısı cənab İlham Əliyev bildirmişdir ki, bu gün Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir və ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır.

Prezident cənab İlham Əliyev çıxışı zamanı 44 günlük Vətən müharibəsindən sonra Qarabağda və Şərqi Zəngəzurda aparılan yenidənqurma və bərpa işləri barədə də toplantı iştirakçılarına ətraflı məlumat verdi və Zəngəzur dəhlizinin iqtisadi əhəmiyyətindən bəhs etdi.

Bu gün Azərbaycan regionda yeni reallıqlar yaradıb,  həmçinin region və qonşu ölkələr üçün etibarlı tərəfdaşdır.