YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirilir

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri

Uzun müddət Ermənistanın əsarətində qalmış torpaqlarımız azad edildikdən sonra Azərbaycan dövləti  müasir şəhər planlaşdırılması həyata keçirir, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq edir. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında çıxışı zamanı bildirib.

Məcburi köçkünlərimizin 30 il ərzində Ermənistanın işğalından əziyyət çəkdiyini və doğma yurdlarından məhrum edildiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib ki, onların qayıdışı üçün ilk pilot layihə Zəngilan rayonunun Ağalı kəndində reallaşdırılıb. Bu gün Ağalı “ağıllı kənd”i dünyanın ən müasir kəndlərindən biridir.

Möhtərəm Prezidentimiz erməni işğalından azad olunmuş şəhər və kəndlərdə aparılan bərpa-quruculuq işlərindən danışaraq bildirib ki, Füzuli şəhərində səkkiz aydan az müddətdə hava limanı inşa edib, Zəngilan və Laçın rayonlarında hazırda daha iki hava limanının tikintisi davam edir. Şuşa şəhərinin Baş planı onun möhtəşəm tarixi irsinin qorunması üzərində qurulub.

“Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək Ağdamda biz on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa edirik. Ərazisi 200 hektar təşkil edən Ağdam Sənaye Parkı artıq fəaliyyət göstərir, sərmayədarlara və sahibkarlara açıqdır. Zəngilan şəhəri onun təbiətə inteqrasiyası və park şəhərinə çevrilməsi baxışı ilə inşa edilir”, - deyə, dövlətimizin başçısı əlavə edib ki, 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyi” və “Yeni Şəhər Gündəliyi” dayanıqlı urbanizasiyanı və şəhərlərimiz üçün daha yaxşı gələcəyi təmin etmək üzrə səylərimizi istiqamətləndirməliyik.

Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq edir. Məcburi köçkünlərimiz 30 il ərzində Ermənistanın işğalından əziyyət çəkib və doğma yurdlarından məhrum edilib. Məcburi köçkünlərin qayıdışı üçün bir dövlət olaraq bütün imkanlardan maksimum istifadə edərək  bölgəni  dünyanın ən nümunəvi yaşayış məntəqələrində birinə çevirəcəyik. Məcburi köçkün soydaşlarımız işğaldan azad olunmuş ərazilərdə müasir standartlara cavab verən, yüksək keyfiyyətli kommunikasiyalarla təchiz olunmuş yeni  şəhər və qəsəbələrdə  yaşayacaqlar.