YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xəzər dənizi regionun beynəlxalq nəqliyyat qovuşağına çevrilməsi üçün yaxşı təməl yaradılır

Vahid Əliyev

YAP Xocalı rayon təşkilatının sədri

Xəzər dənizi özünün karbohidrogen ehtiyatlarına, digər təbii resurslarına və yerləşdiyi coğrafi məkana görə mühüm əhəmiyyət kəsb edir. Xəzəryanı beş dövlətin münasibətlərində də Xəzər dənizinin hüquqi statusunun önəmli yeri və rolu mövcuddur. Keçmiş SSRİ-nin süqutundan sonra Xəzər dənizinin təbii resurslarından ,nəqliyyat və kommunikasiya imkanlarından istifadə məsələsində  Xəzəryanı dövlətlər arasında ciddi mövqe fərqi var idi ki, bu da dövlətlər arasında bəzən gərginliklərə gətirib çıxarırdı. Xəzəryanı beş dövlətin –Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran arasında ikitərəfli və çox tərəfli danışıqların, müzakirələrin son nəticəsi olaraq 2018-ci ildə Aktauda dövlət başçıları tərəfindən imzalanmış Konvensiya Xəzərin hüquqi statusuna dair ilk razılaşma sənədidir.

Azərbaycan Respubilkasının Prezidenti cənab İlham Əliyev Türkmənistana səfəri çərçivəsində 29 iyun tarixində Türkmənistanın paytaxtı Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başcılarının  VI Zirvə Toplantısında iştirak etmiş və burada Azərbaycanın dövlət maraqlarını ifadə edən geniş nitq söyləmişdi.Cənab Prezident sözügedən tədbirdə çıxışı zamanı bir sıra mühüm məqamlara toxunmuşdur. Cənab Prezident ilk növbədə Türkmənistanla Azərbaycan arasında münasibətlərin səviyyəsini müsbət dəyərləndirmişdir. Türkmənistanın ən sıx xarici siyasət qurduğu ölkə Azərbaycandır və eyni zamanda böyük enerji resurslarına malikdir, digər türk respubilkaları ilə sərhətdə yerləşməsi  nəqliyyat və kommunikasiya baxımından da mühüm əhəmiyyət kəsb edir. İki dövlət arasında münasibətlər özünün ən yaxşı dövrünü yaşamaqdadır.

Azərbaycanla Türkmənistan arasında münasibətlər iki əsas prioritet istiqamətdə inkişaf etdirilir.

1.Türkmənistan qazının TANAP və TAP kəməri vasitəsi ilə Avropa bazarına çıxarılması;

2. Türkmənistanın türk dövlətləri birliyinə inteqrasiyası.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfində qoyulan və cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən Neft və Qaz strategiyası nəticəsində icra olunmuş karbohidrogen ehtiyatlarının nəqli istiqamətində icra olunmuş layihələr, neft və qaz kəmərinin çəkilişi Azərbaycanın Avropanın alternativ enerji təminatında rolunu artırır.

Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında imzalanmış yeni Kommunukiye Xəzəryanı dövlətlərin bir-birinə qarşı yarada biləcəyi təhlükənin minumuma endirilməsi baxımından da önəmlidir. Qonşu dövlətlər arasında münasibətləri  tənzimləyən sənədin olmasını olduqca əhəmiyyətli hesab edir və Prezident ilham Əliyevin apardığı xarici siyasətin dövlətimizin və xalqımızın təhlükəsizliyi yolunda atılmış növbəti addım kimi qəbul edir və qiymətləndirirəm.