YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın beynəlxaq platformalardakı mövqeyi ölkəmizin maraqlarına xidmət edir

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Dünyanın geosiyasi konfiqurasiyasının dəyişdiyi zamanda Azərbaycanın beynəlxalq tədbirlərdə, forumlarda iştirak etməsi, həmçinin nüfuzlu təşkilatlara sədrlik statatusu qazanması ölkəmizin ümumilikdə beynəlxalq platformadakı nüfuz və etibarının yüksək səviyyədə olmasını təsdiq edir. Bildiyimiz kimi iyunun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı keçirilib. Ölkə Prezidenti, doğma Partiyamızın Sədri cənab İlham Əliyev bütün toplantılarda olduğu kimi VI Zirvə toplantısında da Azərbaycan Respublikasını Qalib Xalqın-Qalib Lideri olaraq təmsil etdi. Zirvə görüşünün əhəmiyyətindən danışsaq, ilk növbədə bildirəmliyəm ki, bu mötəbər toplantı Xəzəryanı ölkələr arasında əməkdaşlığın daha da inkişafına güclü təkan verməklə yanaşı, siyasi-iqtisadi və digər sahələrdə əməkdaşlığın dərinləşməsinə xidmət edir. Toplantıda ilk öncə çıxış edən dövlətimizin başçısı xüsusi məqamlara toxunaraq qeyd etdi ki, bu gün Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Biz Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstəririk. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq. Biz Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımaların hər il artmasını müşahidə edirik. Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcmi artır. Bu limanın tikilməsi və istifadəyə verilməsi Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı işinə Azərbaycanın daha bir mühüm töhfəsi olub.

Heç zaman unutmamalıyıq ki, Azərbaycanın həm iqtisadi, həm də siyasi baxımdan güclənməsinin əsasında Ulu öndərimiz Heydər Əliyevin dahi siyasəti dayanır. Xüsusilə qeyd olunmalıdır ki, 1994-cü ildə ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində imzalanan "Əsrin müqaviləsi" Xəzərin beynəlxalq arenaya açılmasında, dənizin sülh və əməkdaşlıq simvoluna çevrilməsində əvəzsiz rol oynadı. Bu gün də Ölkə Prezidentinin müdrik siyasəti ilə Xəzərdə belə əməkdaşlığın genişləndirilməsində Azərbaycan lider rolunu oynamaqda və sahilyanı ölkələr arasında qarşılıqlı maraqların qorunması əsasında münasibətlərin daha da genişlənməsi istiqamətində fəal siyasət yürütməkdədir. Hazırda müstəqil ölkə kimi müstəqil siyasət aparan ölkəmiz xarici siyasi əlaqələrini, siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Azərbaycan öz təbii sərvətlərinin sahibi kimi bütün sahələrdə əməkdaşlıq əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır. Azərbaycan Respublikası müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlara, o cümlədən, Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və çoxlu sayda digər təşkilatlara üzv olub. Azərbaycanın həmçinin NATO və Avropa Birliyi kimi qurumlarla əməkdaşlığı yüksək səviyyədədir.

Ona görə də Azərbaycanın iştirak etdiyi bütün tədbirlər, həmçinin VI Zirvə toplantısı da ölkəmizin maraqları naminə böyük əhəmiyyət kəsb edir. Elə VI Zirvə toplantısında dövlətimizin başçısı cənab İlham Əliyevin söylədiyi kimi, əminik ki,  bu Sammit Xəzəryanı dövlətlərin qarşısında duran mühüm ümumi məsələlərin həllinə yönəlmiş səylərin birləşdirilməsinə şərait yaradacaq.