YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əkrəmcan Nemətov: Qarabağda qısa müddət ərzində həyata keçirilən bərpa və quruculuq işlərinin miqyasına heyran qaldım

Azərbaycan çox güclü dövlətdir və öz gücü ilə bütün dünyaya haqqın, ədalətin varlığını göstərdi.

Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda Özbəkistana səfəri ilə iki ölkə arasında münasibətlərin yeni mərhələyə adlamasına impuls verdi.

Bunu Özbəkistan Prezidenti yanında Strateji və Regional Araşdırmalar Mərkəzinin direktorunun birinci müavini Əkrəmcan Nemətov iyulun 3-də Şuşada keçirilən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin beyin mərkəzlərinin konfransı çərçivəsində jurnalistlərə müsahibəsində söyləyib.

O qeyd edib ki, Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib.

Qarabağda qısa müddət ərzində həyata keçirilən bərpa və quruculuq işlərinin miqyasına heyran qaldığını diqqətə çatdıran Özbəkistan nümayəndəsi nəqliyyat zəncirinin yaradılmasının vacibliyini vurğulayıb, Avropanı Asiya ilə birləşdirəcək dəhlizə böyük ehtiyac olduğunu vurğulayıb.

"Ölkələrimiz arasında ticarət dövriyyəsi son 6 ildə 7 dəfə artıb. Müxtəlif sahələr üzrə 300 sayda birgə şirkətlərimiz fəaliyyət göstərir", - deyə Əkrəmcan Nemətov bildirib.

DİGƏR Xəbərlər Arxiv