YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şuşada TDT-yə üzv və müşahidəçi ölkələrin beyin mərkəzlərinin konfransı keçirilib

İyulun 3-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin beyin mərkəzlərinin konfransı keçirilib.

Konfransda Azərbaycanla yanaşı, TDT-nin rəsmiləri və quruma üzv ölkələri Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan, həmçinin müşahidəçi ölkə olan Macarıstanın beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri iştirak ediblər.

Konfransın gündəliyində iki panel müzakirə olunacaq. İştirakçılar birinci paneldə BMTM-in şöbə müdiri Cavid Vəliyevin moderatorluğu ilə “Cənubi Qafqaz və Mərkəzi Asiya regionlararası platformasının gələcəyi”, Türkiyə Xarici İşlər Nazirliyi Diplomatik Akademiyasının icraçı direktoru Mesud Özcanın moderatorluğu ilə keçirilən ikinci paneldə isə “Regiondakı yeni geosiyasi reallıqlar və Türk Dövlətləri Təşkilatı” mövzusu ətrafında müzakirələr aparılıb.

Tədbirdə əsasən TDT-nin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa işlərində iştirakı, Qırğızıstan tərəfindən təklif edilmiş Mərkəzi Asiya və Cənubi Qafqaz Regionlararası Platformasının gələcəyi, regiondakı yeni geosiyasi reallıqlar və bunun Türk Dövlətləri Təşkilatına təsiri və quruma üzv ölkələri birləşdirən orta dəhlizin rolunun artırılması imkanları, üzv ölkələr arasında ticarət dövriyyəsinin artırılması məsələləri müzakirə mövzusu olub.

DİGƏR Xəbərlər Arxiv