YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Məşhur Məmmədov seçicilərlə növbəti görüşünü keçirib

İyulun 4-də Milli Məclisin deputatı Məşhur Məmmədov  Masallı şəhərində  seçicilərlə ənənəvi görüşünü keçirib. Görüşdə Masallı Rayon İcra Hakimiyyətinin nümayəndələri  iştirak ediblər.

Seçiciləri narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.   Milli Məclisin deputatı Məşhur  Məmmədov  dövlətimizin uğurlu və gələcəyə hesablanmış siyasəti nəticəsində Azərbaycanın davamlı inkişafından və bu fonda aparılan təkmil sosial siyasətdən bəhs edib. Bildirib ki,  vətəndaş amili dövlət siyasətinin əsasını  təşkil edir. Prezident cənab İlham Əliyev bütün çıxışlarında bu məqamı diqqətə çatdırır ki, həyata keçirilən islahatların təməlində insan amili dayanır. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritetdir, onların rahat yaşayışı üçün bütün zəruri addımlar  atılır.

Məşhur Məmmədov bu məqama da diqqəti yönəldib ki, hazırda bölgələrimiz özünün ən yüksək inkişaf mərhələsini yaşayır. İşğaldan azad edilmiş ərazilərimizlə yanaşı, digər regionların da sosial-iqtisadi inkişafının sürətləndirilməsinə göstərilən diqqət atılan davamlı addımlarda öz təsdiqini tapır. Bu fikir böyük fəxr hissi ilə qeyd edilir ki, hazırda paytaxt və bölgələrimiz  arasında fərq tamamilə aradan götürülüb. Bütün regionlarımız quruculuq meydançasını xatırladır.

Görüşdə seçiciləri narahat edən məsələlərin  bir qismi yerindəcə öz həllini tapıb, digər qismi ilə əlaqədar aidiyyəti qurumlara  müraciət ediləcəyi bildirilib.