YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP İmişli rayon təşkilatının yaranmasının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının yaranmasının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycanın memarı və qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

YAP İmişli rayon təşkilatında davam edən tədbirdə öncə ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev partiyanın və rayon təşkilatının ötən dövr ərzində keçdiyi şərəfli tarixi yoldan bəhs edib. Bildirib ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin sədrliyi ilə uğurlu fəaliyyətini davam etdirən Yeni Azərbaycan Partiyası ötən dövr ərzində bir çox əhəmiyyətli uğurlara imza ataraq, tarixin ciddi sınaqlarından üzüağ çıxıb.

Digər çıxış edənlər də bildiriblər ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyası həmişə öz məqsəd və amalına sadiq qalan, qarşısına qoyduğu vəzifələri uğurla həyata keçirən və sıralarında 800 minə yaxın məsləkdaşı birləşdirən partiyadır.