YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kürdəmirdə şəhidlərin doğum günləri qeyd olunub

Kürdəmir rayonunda Vətən müharibəsi şəhidlərinin doğum günlərində xatirələri anılıb.

Yeni Azərbaycan Partiyası  Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Mirmahmud  Mahmudov, şəhid ailələri,  şəhid anası Simuzər Bağıyeva, Qacar Sadıqov adına Mollakənd kənd tam orta məktəbinin  direktoru Akif  İbrahimov rayonun Ərəbqubalı kəndindən  şəhid Eminov Nurlan Pərviz oğlunun, Mollakənd kəndindən isə şəhid Eyyubov Tural Yadulla oğlunun məzarlarını  ziyarət edib, üzərilərinə gül dəstələri düzüb, xatirələrini böyük  ehtiramla yad ediblər.

Daha sonra tədbir iştirakçıları şəhidlərin ailələrinə baş çəkərək, onların qayğı və problemləri ilə maraqlanıblar.

Görüşlərdə şəhidlərin keçdikləri şərəfli həyat yollarından və döyüşlərdə göstərdikləri igidliklərindən söhbət açılıb.

Ölkəmizdə şəhid ailələrinə dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini qeyd edən YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov bu diqqətin bundan sonra da daimi olacağını bildiriblər.

Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.