YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Quba rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb

Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının “Molla Pənah Vaqif küçəsi 139” ünvanı (Quba Konserv Zavodu MMC) üzrə yeni ərazi partiya təşkilatı yaradılıb.

Bu münasibətlə keçirilən təsis iclasında çıxış edən YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova bildirib ki, ulu öndər Heydər Əliyev tərəfindən yaradılan Yeni Azərbaycan Partiyası fəaliyyəti ilə dövlətçilik tariximizdə yeni mərhələnin əsasını qoyub, habelə qısa zaman kəsiyində öz siyasi xəttinə sadiqliyi, xalq, dövlət qarşısında xidmətləri, ölkəmizin bir-birini əvəzləyən uğurları ilə cəmiyyətdəki mövqeyini daha da möhkəmləndirərək, ümumxalq partiyasına çevrilib. F.Hüseynova tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda partiyanın VII qurultayının keçirilməsinin əhəmiyyətindən bəhs edib. Bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” tezisi bütün dövrlər üçün aktuallığını qorumaqla yanaşı, özünün real həyatda təsdiqini tapıb. Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, qarşıya qoyduğu hədəflərə doğru inamla addımlayır.

Daha sonra təşkilati məsələlərə baxılıb. Tərlan Bayramov yeni yaradılan ərazi partiya təşkilatının sədri, Ülkər Həsənova sədr müavini seçilib.