YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Qadınlar Şurasının üzvləri akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər

Aprelin 28-də görkəmli aftolmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümüdür. Bu münasibətlə bu gün Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının üzvləri Fəxri xiyabana gələrək akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər.

Əvvəlcə, Azərbaycan xalqının Ümummilli lideri, görkəmli dövlət xadimi, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin məzarına tər gül-çiçəklər düzülüb.

Sonra  görkəmli aftolmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı önünə YAP Qadınlar Şurası adından əklil qoyulub, gül dəstələri düzülüb. Ziyarətçilər Zərifə xanım Əliyevanın əziz xatirəsini dərin ehtiramla yad ediblər.