YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdaşda şəhidin əziz xatirəsi ehtiramla yad edilib

Ağdaş rayonunda Vətən müharibəsi şəhidi Abbasov Nemət Elçin oğlunun doğum günündə əziz xatirəsi ehtiramla yad edilib.

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov, Ağdaş Rayon İcra Hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri rayonun Qaradeyin kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar.

Daha sonra tədbir iştirakçıları şəhidin ailəsinə baş çəkib, onların qayğı və problemləri ilə maraqlanıblar.

Milli Məclisin deputatı Cavid Osmanov, həmçinin Vətən müharibəsi qazisi Səfərəliyev Murad Nofəl oğlunun toy mərasiminə qatılıb, onu şad günü münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.