YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lerik rayonunda şəhid qardaşların xatirəsi anılıb

Lerik Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasov, Yeni Azərbaycan Partiyası (YAP) Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhid ailələrinin üzvləri şəhid Altay və Elgün Mövlanov qardaşlarının adına inşa olunan bulaq kompleksini ziyarət ediblər.

Daha sonra şəhidlərimizin məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbir iştirakçıları şəhidlərin ailəsini ziyarət edərək, onların qayğı və problemləri ilə maraqlanıb. Ailə üzvləri ilə söhbət zamanı qəhrəmanlarımız Elgün və Altay Mövlanov qardaşlarının şərəfli döyüş yollarından danışılıb.

Şəhidlərin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.