YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv olub

Türkiyə Respublikasının sabiq Baş naziri, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Binəli Yıldırım Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv olub.

Bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən məlumat verilib.

Qeyd edək ki, Binəli Yıldırım 2016-2018-ci illərdə Türkiyə Respublikasının Baş naziri, 2018-2019-cu illərdə Türkiyə Böyük Millət Məclisinin sədri vəzifələrində çalışıb. Hazırda Ədalət və İnkişaf Partiyası sədrinin müavinidir.

Binəli Yıldırım Azərbaycan Respublikası Prezidentinin himayəsi ilə Mərkəz tərəfindən Bakıda təşkil olunan VIII və IX Qlobal Bakı forumlarında və ali səviyyəli digər toplantılarda fəal iştirak edib.

Mərkəzin üzvləri sırasında xanım Vayra Vike-Freyberqa, Kolinda Qrabar-Kitaroviç, Viktor Yuşşenko, Aleksandr Kvasnevski, Qordon Braun, Helen Klark, Boris Tadiç, Petro Poroşenko, Giorgi Marqvelaşvili, Əmr Musa, Tzipi Livni, İv Löterm, Kerri Kennedi, Valdis Zatlers kimi dünyanın tanınmış siyasətçiləri yer alıb.

Xatırladaq ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2012-ci ildə yaradılıb və hazırda Mərkəz üzvü olan sabiq prezidentlərin, Baş nazirlərin və nazirlərin sayına görə dünyada fəaliyyət göstərən ən böyük təşkilatlardandır.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rövşən Muradov bildirib: “Nizami Gəncəvi Beynəlxalq Mərkəzi hazırda dünyanı narahat edən məsələlərin müzakirə olunduğu mühüm platformalardan birinə çevrilib. Mərkəzin fəaliyyətdə olduğu 10 il ərzində Bolqarıstan, Çin, Misir, Fransa, Yunanıstan, İtaliya, İsrail, İordaniya, Latviya, Moldova, Polşa, İspaniya, İsveç, İsveçrə, Türkiyə, Ukrayna, ABŞ kimi ölkələrdə qurumun ali səviyyəli toplantıları təşkil edilib”.