YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tərtərdə şəhidin əziz xatirəsi yad edilib

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Əlizadə Elşən Faiq oğlunun doğum günü qeyd olunub. Mərasimdə Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və Aparatın məsul əməkdaşları, partiya fəalları, Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, RİH başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov və ictimaiyyət nümayəndələri iştirak ediblər.  

Rayonun İsmayılbəyli kənd qəbiristanlığında şəhidin məzarı ziyarət olunub, üzərinə gül-çiçək dəstələri qoyulub, ruhuna dualar oxunub.

Daha sonra tədbir iştirakçıları şəhidin ailəsinə baş çəkib, onların qayğı və problemləri ilə maraqlanıblar. Görüşdə şəhidimizin şərəfli ömür yolundan, Vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan bəhs olunub.

YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov bildirib ki, Vətən müharibəsində öz canlarını işğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda qurban verən şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaq.

Qeyd edək ki, Elşən Əlizadə 2020-ci il oktyabrın 16-da Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.