YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bərdə rayonunda vətənpərvərlik mövzusunda tədbir keçirilib

YAP Bərdə rayon təşkilatının və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Vətənpərvərlik-milli-mənəvi dəyər kimi" mövzusunda tədbir keçirilib.

 Tədbirdən öncə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Bərdə rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Qasımov ölkəmizin inkişafı və milli-mənəvi dəyərlərin zənginləşdirilməsi üzrə həyata keçirilən tədbirlər haqqında məlumat verib. Gənclərdə vətənpərvərlik ruhunun aşılanması istiqamətində ölkəmizdə  müxtəlif tədbirlər həyata keçirildiyini diqqətə çatdıran A.Qasımov  milli-mənəvi dəyərlərin hər bir gəncin həyatında mühüm yer tutduğunu söyləyib.

Sonra mövzu ətrafında diskussiya keçirilib.

Digər çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş tarixi Qələbədən, dövlətin uğurlu siyasətin danışıblar.