YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gənclərin günü, gəncliyin gücü - VİDEO

12 avqust Beynəlxalq Gənclər Günüdür.

Gənclik enerji, təşəbbüskarlıq, yaradıcılıq və yenilikçilik deməkdir.

Tarixi və müasir təcrübə göstərir ki, cəmiyyətin dinamik təbəqəsi olan gənclərin potensialından səmərəli istifadə olunması inkişafa təkan və töhfə verir, yeni və parlaq perspektivlər yaradır.

Azərbaycan nümunəsi də bu reallığı təsdiqləyir.

Ümummilli lider Heydər Əliyev Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandırıb. Ulu Öndər qeyd edib ki, hər bir xalqın, millətin, ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir.

Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin müasir çağırışlara və milli maraqlara uyğun uğurla davam etdirdiyi gənclər siyasəti nümunəvi və mütərəqqi olması ilə fərqlənir.

Bu siyasətin ən mühüm istiqamətləri gənclərin cəmiyyətin müxtəlif sahələrində yüksək fəallığının təmin olunması və onların milli-mənəvi dəyərlər əsasında - vətənpərvərlik ruhunda tərbiyə edilməsidir.

Müstəqillik illərində qazanılan ən mühüm nailiyyətlərdən biri gənc nəslin milli ruhda formalaşmasıdır.

44 günlük Vətən müharibəsi bu gerçəkliyi ifadə edir. Müharibədə şanlı qələbənin təmin olunmasında, şübhəsiz ki, müxtəlif amillər öz müsbət təsirini göstərdi. Burada gənclərin rolu isə olduqca yüksəkdir.

İşğalçı Ermənistanın hərbi birləşmələrinin 10 mindən çox üzvü fərarilik edərək döyüş meydanından qaçdı. Azərbaycan gəncliyi isə döyüş meydanında tarix yazdı. Vətən müharibəsində müasir dövrümüzün yeni qəhrəmanları - gənclərimiz öz igidlikləri ilə adlarını tariximizə əbədi yazdırdılar.

Heç şübhəsiz, Azərbaycan gəncliyinin Vətənə sədaqət andını ölkəmizin ərazi bütövlüyü uğrunda haqlı mübarizədə öz şərəfli və ləyaqətli xidməti ilə yerinə yetirməsi xalqımızın böyük üstünlüyü, dövlətimizin isə qüdrətidir.

Bu gün gənclərimiz və gəncliyimiz ölkəmizi beynəlxalq miqyasda layiqincə və uğurla təmsil etməklə Azərbaycanı dünyaya təqdim edir, üçrəngli bayrağımızın zirvədə qürurla dalğalanmasına müstəsna töhfə verirlər.

Dövlət başçısının uğurlu gənclər siyasəti “qara qızıl”ın insan kapitalına çevrilməsi kursunun mühüm tərkib hissəsi və gələcəyə milli investisiya yatırılmasıdır.

Azərbaycanın gələcəyi gənclərlə bağlıdır. Prezident İlham Əliyev uğurlu gənclər siyasəti həyata keçirməklə, gəncliyin inkişafına xüsusi diqqət göstərməklə Azərbaycanın gələcəyini inşa edir. Keçmişə hörmət və ehtiramla, gələcəyə ümidlə!