YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Biləsuvar rayon təşkilatı yığıncaq keçirib

Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatı ərazi partiya təşkilat nümayəndələrinin iştirakı ilə yığıncaq keçirib.

Rayonun Heydər Əliyev Mərkəzində baş tutan iclasda əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı cari ilin ötən dövrü ərzində görülmüş işlər barədə məlumat verib. O, ölkəmizin ictimai-siyasi həyatında baş verən hadisə və proseslərdən, partiyanın ötən dövr ərzində qazandığı uğurlardan və artan nüfuzundan bəhs edib. Bildirib ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş müstəqil Azərbaycan dövlətinin inkişafı və tərəqqisinə nail olmaqdan ötrü həyata keçirilən daxili və xarici siyasət kursu Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Yeni Azərbaycan Partiyasının dövlətçiliyimizin inkişafındakı xidmətlərindən danışan K.Qurbanlı VII Qurultaydan ötən dövr ərzində  partiyanın yeni Proqram və Nizamnaməsinin  tələblərinə uyğun olaraq yerli və ərazi partiya təşkilatlarının qarşısında qoyulan vəzifələrdən və bu vəzifələrin həyata keçirilməsində hər bir partiya üzvünün məsuliyyətinin artırılmasının vacibliyindən söz açıb.