YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazaxda şəhid Adil Əfəndiyevin xatirəsi yad edilib

Qazax rayonunda Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin baş leytenantı olan hərbi tibb qulluqçusu şəhid Əfəndiyev Adil Qədir oğlunun doğum günü qeyd olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatının nümayəndələri və partiya fəalları rayon Mərkəzi Xəstəxanasının önündə şəhidin xatirəsinə inşa olunmuş abidə-bulaq kompleksini ziyarət ediblər.

YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu 44 gün ərzində xalqımıza möhtəşəm qələbə sevinci bəxş edib. Vurğulayıb ki, şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək hər kəsin vətəndaşlıq borcudur.

Çıxışlarda şəhid Adil Əfəndiyevin keçdiyi döyüş yolundan danışılıb.

Mərasim iştirakçıları daha sonra tibb xidməti leytenantı şəhid Adil Əfəndiyevin məzarını ziyarət edib, önünə tər güllər düzüb, xatirəsini ehtiramla yad ediblər.

Qeyd edək ki, hərbi həkim Adil Əfəndiyev Vətən müharibəsi zamanı yoldaşını xilas edərkən şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, o, ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.