Xəbərlər
Cəlilabadda şəhid Əli Rüstəmovun doğum günündə xatirəsi anılıb
Cəlilabad rayonunun Çünzəli kəndində Vətən müharibəsi şəhidi Rüstəmov Əli Yağnəli oğlunun doğum günü ilə əlaqədar anım mərasimi keçirilib.
Yeni Azərbaycan Partiyası (YAP) Cəlilabad rayon təşkilatının rəhbərliyi, partiya fəalları şəhidin məzarını ziyarət edib, üzərinə tər güllər düzüb, ruhuna dualar oxuyublar.
Sonra tədbir iştirakçıları şəhidin ailəsinə baş çəkib, onların qayğı və problemləri ilə maraqlanıblar.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.