YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağsuda şəhidin əziz xatirəsi ehtiramla yad edilib

Ağsuda 44 günlük Vətən müharibəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhramancasına döyüşərək şəhidlik zirvəsinə ucalan igidlərimizdən biri olan Xüsusi Təyinatlı Qüvvələrin leytenantı Quluzadə Kamran Pərviz oğlunun doğum günü qeyd olunub.

Əvvəlcə Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının, Ağsu Rayon İcra Hakimiyyətinin, SHXÇDX-nin Ağsu rayon şöbəsinin nümayəndələri, Vətən müharibəsi qaziləri və iştirakçıları rayonun Gəgəli kəndində şəhidin məzarını ziyarət edib, üzərinə gül dəstələri qoyub və ruhuna dualar oxuyublar.

Daha sonra tədbir iştirakçıları şəhidin yaşadığı evdə təşkil olunmuş anım mərasiminə qatılıblar.

Şəhidin valideynləri göstərilən xüsusi diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Kamran Quluzadə ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Hərbi xidmətdə fərqlənməyə görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.