YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarabağ cənnətə çevrilir

Yeni Azərbaycan Partiyası (YAP) İmişli rayon təşkilatında Qarabağda bərpa-quruculuq, təhlükəsizlik və Böyük Qayıdış məsələlərinin müzakirə edildiyi tədbir keçirilib. Tədbirdə rayon təşkilatının sədri Səfa Ağayev və əməkdaşlar, ərazi partiya təşkilatlarının sədrləri, partiya fəalları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağda həyata keçirilən quruculuq işlərindən bəhs edib. O bildirib ki, Azərbaycanda Ermənistandan fərqli olaraq çoxsaylı milli azlıqların nümayəndələri sabitlik, sülh və əmin amanlıq şəraitində yaşayır. Keçmiş zamanlardan Azərbaycanda erməni xalqının nümayəndələri yaşasa da onlar heç vaxt hər hansı bir problemlə rastlaşmayıblar. Ermənistan hakimiyyəti və ermənilər azərbaycanofobiya təbliğatına son qoyaraq sülhə çalışmalıdırlar. Qeyd olunub ki, bu gün Ermənistan böhranda çabalayır, ölkə büdcəsinin iqtisadi inkişafın gəlirləri ilə deyil, xarici yardımlar hesabına formalaşdığını Qarabağda məskunlaşan ermənilər də artıq anlayırlar. Buna görə də onlar Azərbaycan vətəndaşı olmaqla firəvan və sabitlik şəraitində yaşamaq istəyirlər.

Bildirilib ki, həmin ərazidə yaşayan ermənilər Qarabağın cənnətə çevrildiyini görür və barbarlıqla ad çıxarmış bir ölkənin yox, humanizm prinsiplərini əldə əsas tutan qalib Azərbaycanın vətəndaşlığına yiyələnmək üçün çalışırlar.