YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Afrika ölkələrində həyata keçirdiyi humanitar layihələr böyük önəm daşıyır

Azərbaycanın Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Afrika ölkələrində həyata keçirdiyi humanitar xarakterli layihələr böyük önəm daşıyır.

Bu sözləri Çad Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Adum Danqay Nokur Qet avqustun 18-də etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edərkən deyib.

Diplomat, həmçinin bu təşkilatların üzv ölkələrindən olan tələbələrin Azərbaycanda təhsil almaları üçün ölkəmiz tərəfindən qrantların ayrılmasını xüsusi vurğulayıb.

Adum Danqay Nokur Qet səfir kimi fəaliyyətində əlaqələrimizin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirərək deyib: “Siz İslam ümmətində öz müdrik rəhbərliyinizlə seçilən bir şəxssiniz və həmçinin bu ümmətə aid olan bütün ölkələr, qardaşlıq telləri ilə bir-birinə bağlı olan dövlətlər arasında əməkdaşlığın genişləndirilməsində, işbirliyinin daha da möhkəm bünövrə əsasında qurulmasında öz yanaşmanızla seçilən bir insansınız”.