YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Elçin Əliməmmədovun məzarı ziyarət edilib

Xəzər rayonunun Zirə qəsəbəsində ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən Vətən oğullarından biri olan şəhid Əliməmmədov Elçin Mehman oğlunun doğum günü münasibətilə anım mərasimi keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatı Soltan Məmmədov, ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər 44 günlük Vətən müharibəsində Ordumuzun Ali Baş Komandanın rəhbərliyi altında göstərdiyi qəhrəmanlıq və şücaətdən, azad olunmuş torpaqlarımızda aparılan quruculuq işlərindən danışıb, şəhidin ailəsinə səbir diləyiblər.

Daha sonra qəsəbənin Şəhidlər xiyabanında şəhidin məzarı ziyarət olunub, üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Elçin Əliməmmədov 2020-ci il oktyabrın 7-də Füzuli rayonunun Horadiz qəsəbəsi istiqamətində gedin döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb.