YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kürdəmirdə şəhidin doğum günü qeyd olunub

Kürdəmir rayonunda Vətən müharibəsi şəhidi Elvin Ömərovun doğum günü münasibətilə xatirəsi yad olunub.

Bu münasibətlə Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatının nümayəndələri Məhəmməd Heydərli, Rafiq Məmmədov, Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Mirmahmud Mahmudov, şəhid anası Simuzər Bağıyeva, ictimaiyyət nümayəndələri rayonun Qarasu   kəndində şəhidin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Elvin ilə eyni qəbiristanlıqda uyuyan digər Vətən müharibəsi şəhidlərinin də məzarları ziyarət olunub.

Tədbirdə çıxış edənlər bildiriblər ki, xalqımızın birliyi, Ali Baş Komandanımızın qətiyyəti, Ordumuzun gücü, əsgər və zabitlərimizin peşəkarlığı, qəhrəmanlığı parlaq zəfərimizin qazanılması ilə nəticələndi. Şəhid Elvin Ömərovun şərəfli həyat yolundan və döyüşlərdə göstərdiyi igidlikdən bəhs olunub.

Daha sonra tədbir iştirakçıları şəhidin ailəsinə baş çəkib, onların qayğı və problemləri ilə maraqlanıblar.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarında vəzifə borcunu şərəflə yerinə yetirdiyi, şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə şəhid Elvin Ömərov ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”,  “Füzulinin azad olunmasına görə” və  “Cəsur döyüşçü” medalları ilə təltif edilib.