YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Balkanlarda daşqınların səbəb olduğu torpaq sürüşmələri partlamamış mina təhlükəsini artırıb

Bosniya mediasının yaydığı məlumata görə, ölkənin 4 milyonluq əhalisinin dörddə birindən çoxu daşqınlardan zərər çəkib. Bu, hazırkı nəsillərin indiyədək gördüyü ən böyük daşqınlardır. Bütövlükdə, təbii fəlakət regionda 40-dan çox insanın ölümünə səbəb olub, suyun çəkilməyə başladığı ərazilərdə isə dağıntının miqyası özünü daha aydın göstərir. Təbii fəlakət bir milyondan artıq evin içməli su ilə təminatının kəsilməsi ilə də nəticələnib.

Üstəlik, yağışın səbəb olduğu torpaq sürüşmələrinin Bosniya və Hersoqovinada 1992-1995-ci illərin müharibəsi zamanı basdırılmış və partlamamış minlərlə minanı yerin səthinə çıxarması ehtimalı ölkədə narahatlıq yaradıb.

Daşqınlardan ən çox zərər çəkən ölkələrdən olan Serbiya isə beynəlxalq ictimaiyyətə əlavə yardım üçün müraciət edib. Yaşayış yerlərini su basması nəticəsində 25 mindən çox insanın evlərindən köçürüldüyü bildirilir. Sava çayında suyun səviyyəsinin artması Serbiyanı yeni daşqınların yaranma təhlükəsi ilə üz-üzə qoyub.

DİGƏR Xəbərlər Arxiv