YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azər Badamov: Birinci Avropa Oyunları yüksək səviyyədə keçiriləcək və bütün dünya böyük bir idman bayramı yaşayacaq

“Birinci Avropa Oyunları ölkəmizin idman sahəsində qazandığı uğurları, yaradılan infrastrukturu nümayiş etdirməklə yanaşı, eyni zamanda, iqtisadi, sosial, siyasi inkişafımızı da dünya ictimaiyyətinə təqdim edəcək. Azərbaycanın tolerant yaşam tərzi, demokratik prinsiplərə əsaslanan idarəçiliyi, o cümlədən, ölkəmizdə bərqərar olan plüralizm bu gün bir sıra dövlətlərin nail ola bilmədiyi uğurlardır. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yürüdülən və milli maraqlarımızın qorunmasını özündə ehtiva edən xarici siyasət kursumuz Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində mühüm üstünlüyümüzü təmin edib. Ölkəmizdə keçiriləcək ilk Avropa Oyunları bu müniqşə ilə bağlı həqiqətlərin bir daha geniş Avropa auditoriyasına çatdırılması baxımından da olduqca əhəmiyyətlidir. Elə bu səbəbdəndir ki, ilk Avropa Oyunlarını hədəfə alanlar ermənilər və onlara dəstək duran xarici və daxili ermənipərəst qüvvələrdir”. Bu fikirləri Milli Məclisin deputatı Azər Badamov bildirib.

Millət vəkilinin sözlərinə görə, “demokratiya” pərdəsi altında milli dövlətlərə qarşı təzyiq kampaniyası həyata keçirən xarici imperialist güclər anlayırlar ki, birinci Avropa Oyunları Azərbaycandakı inkişafın əyani nümayişidir. Ona görə də, bu fakt onları çox narahat edir: “Erməni lobbisi, eləcə də, ABŞ-da yerləşən ermənipərəst transmilli qruplar Azərbaycanın sosial-iqtisadi üstünlüklər əldə etməsini, idman, incəsənət və başqa sahələrdə uğurlar qazanmasını həzm edə bilmir. Ölkəmizin belə bir yarışa ev sahibliyi etməsi beynəlxalq imicinin artması baxımından böyük dividendlər vəd edir. Əminəm ki, birinci Avropa Oyunları olduqca yüksək səviyyədə keçiriləcək və bütün dünya böyük bir idman bayramı yaşayacaq”.