YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda əsas kapitala qoyulan xarici investisiyalar il ərzində 22 faizdən çox artıb

2014-cü ilin yanvar-aprel aylarında Azərbaycanda əsas kapitala qoyulan xarici investisiyaların ümumi həcmi 1,44 milyard manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 22,26 faiz çoxdur.

Dövlət Statistika Komitəsinin hesabatında deyilir ki, xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən yanvar-aprel aylarında əsas kapitala qoyulan sərmayələrin 85,4 faizi (1231,9 milyon manat) Böyük Britaniya, ABŞ, Norveç, Türkiyə, Çexiya, Yaponiya və Fransa investorlarının payına düşür.

Əvvəlki kimi Böyük Britaniya liderlik mövqeyini qoruyur. Onun xarici investisiyaların ümumi həcmində xüsusi çəkisi 29,1 faiz, investisiyaların özü isə 420,1 milyon manat təşkil edib.

Hesabat dövründə ölkə iqtisadiyyatına ABŞ 162,11 milyon manat (11,2 faiz), Norveç 246,22 milyon manat (xüsusi çəkisi 17,1 faiz), Türkiyə 144,91 milyon manat (10,1 faiz), Yaponiya 88,39 milyon manat (6,1 faiz), Fransa 81,25 milyon manat (5,6 faiz), Çexiya isə 88,91 milyon manat (6,2 faiz) investisiya qoyub.

 

DİGƏR Xəbərlər Arxiv