YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Serbiya Tərəqqipərvər Partiyasının nümayəndə heyəti YAP Gənclər Birliyinin ofisində görüş keçirib

Bu gün Serbiya Tərəqqipərvər Partiyasının Beynəlxalq əlaqələr katibi, Avropa inteqrasiyası məsələləri üzrə portfelsiz nazir xanım Yadranka Yoksimoviçin başçılıq etdiyi nümayəndə heyəti Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ofisində olub.

Qonaqları salamlayan YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov Azərbaycanla Serbiya arasında yüksək siyasi və iqtisadi əlaqələrin qurulduğunu bildirib. O, qeyd edib ki, münasibətlərin inkişafında hər iki ölkənin rəhbərliyinin qarşılıqlı səfərləri, imzalanan sənədlər vacib rol oynayır. İki dövlət arasında 25-ə qədər sənədin imzalandığını xatırladan S.Orucov bu amilin əməkdaşlıq üçün güclü hüquqi baza olduğunu vurğulayıb.

YAP-ın sıralarında 250 mindən çox gəncin birləşdiyini deyən təşkilat sədri partiyanın Gənclər Birliyinin fəaliyyəti haqqında geniş məlumat verib. S.Orucov YAP Gənclər Birlyiinin geniş beynəlxalq əlaqələrə malik olduğunu bildirib və Serbiya  Tərəqqipərvər Partiyasının gəncləri ilə əməkdaşlığa maraqlı olduqlarını diqqətə çatdırıb. «Biz hər il «Yay məktəbi» layihəsi həyata keçiririk. Bu layihələrdə siyasi təlimlərdən başlamış gənclərin asudə vaxtlarının təşkil olunmasına qədər tədbirlər həyata keçirilir. İstərdik ki, Serbiya Tərəqqipərvər Partiyasının gəncləri də bizim bu layihələrdə iştirak etsinlər»- deyən, S.Orucov  Serbiya Tərəqqipərvər Partiyasının gənclərini ölkəmizə dəvət etmək niyyətini açıqlayıb.

Serbiya Tərəqqipərvər Partiyasının Beynəlxalq əlaqələr katibi, Avropa inteqrasiyası məsələləri üzrə portfelsiz nazir Yadranka Yoksimoviç Azərbaycana səfər etməsindən şərəf duyduğunu bildirib. YAP Gənclər Birliyinin ofisində olmaqdan da məmnunluğunu ifadə edən qonaq partiyalar arasında əlaqələrin inkişafının vacib olduğunu diqqətə çatdırıb. Yadranka Yoksimoviç səfər çərçivəsində Yeni Azərbaycan Partiyasının rəhbərliyi ilə səmərəli görüş keçirdiyini və partiyalar arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalandığını xatırladıb. Onun fikrincə, bu sənəd partiyalarımızın münasibətlərinin perspektivi baxımından böyük əhəmiyyət kəsb edir. Qonaq hər iki partiyanın gəncləri arasında əlaqələrin qurulmasının da vacib olduğunu deyib və bu istiqamətdə bütün təkliflərin dəyərli olduğunu diqqətə çatdırıb.

Daha sonra qonaqlar YAP Gənclər Birliyinin ofisində gənclər üçün yaradılmış şəraitlə tanış olublar.

 

DİGƏR Partiya xəbərləri Arxiv