YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Azərbaycan regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib

Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib.

Bu barədə Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşündəki çıxışında Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları barədə danışarkən bildirib.

“Hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər”, - deyən dövlətimizin başçısı qeyd edib ki, bu ilin ilk yeddi ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb. Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Bakı gəmiqayırma zavodu bütün növ gəmilər istehsal edə bilir.

DİGƏR xəbərlər Arxiv