YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlik zirvəsi

Nəsimi rayonunda Vətən müharibəsi şəhidi Mikayılov Cəbrayıl Valeh oğlunun doğum günündə əziz xatirəsi yad olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov şəhidin məzarını ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Cəbrayıl Mikayılov 2020-ci il oktyabrın 9-da Füzuli döyüşləri zamanı şəhidlik zirvəsinə yüksəlib.

Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, şəhid Cəbrayıl Mikayılov ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.