Xəbərlər
Şabranın Şəhidlər xiyabanında təmizlik işləri aparılıb

27 sentyabr - Anım Günü ərəfəsində Şabranın Şəhidlər xiyabanında təmizlik işləri aparılıb.
Yeni Azərbaycan Partiyası (YAP) Şabran rayon təşkilatının əməkdaşları şəhidlərin məzarlarının, onların xatirə lövhələrinin ətrafında təmizlik və abadlıq işləri həyata keçiriblər.
Ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibi yumşaldılıb, ağacların qurumuş budaqları budanıb.