YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Azərbaycanda zorakılığa qarşı ciddi mübarizə aparılır

«Ümumiyyətlə, zorakılığa qarşı mübarizə tədbirləri  həmişə lazımdır.  Bütün cəmiyyətlərdə, o cümlədən, Azərbaycanda da bu yöndə ciddi mübarizə aparılır». Bu fikirləri Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, Azərbaycanda konkret olaraq həm uşaqlara, həm də qadınlara qarşı olan zorakılıqlarla bağlı qanunvericilik aktları qəbul olunub. Onun sözlərinə görə, həmin qanunlar beynəlxalq standartlara tam cavab verir.

«Bununla belə,  hesab edirəm ki, bu yöndə cəzaların sərtləşdirilməsi  heç də çıxış yolu deyil. Burada daha çox maarifləndirmə işi və profilaktik tədbirlər aparmaq lazımdır»- deyə, komitə sədrinin müavini vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv