YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Müstəqil Azərbaycan dövləti uğurlu xarici siyasət həyata keçirir

«Hər bir dövlətin xarici siyasətində beynəlxalq münasibətlər vacib yer tutur». Bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib. 

S.Fətəliyeva bildirib ki, müstəqil Azərbaycan dövləti uğurlu xarici siyasət həyata keçirir. Onun sözlərinə görə, bu siyasət isə Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilib və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

«Bildiyiniz kimi, ölkəmiz balanslı xarici siyasət həyata keçirir və bütün dövlətlərlə normal münasibətlər qurmağa maraqlıdır. Ermənistan istisna olmaqla, Azərbaycan bütün dövlətlərlə normal münasibətlərə malikdir. Azərbaycanın xarici siyasətinin həyata keçirilməsində, xarici ölkələrlə əlaqələrin inkişaf etdirilməsində Milli Məclisin də özünəməxsus rolu var. Milli Məclisdə dostluq qrupları fəaliyyət göstərir ki, dünya dövlətlərinin parlamentləri ilə sıx əməkdaşlıq edirlər. Bu da bütövlükdə ölkələr arasında əlaqələrə töhfələr verir. Eyni zamanda, deputatlarımız mütəmadi olaraq xarici ölkələrə səfərlər edirlər və bu səfərlər zamanı Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırırlar»- deyə, komitə sədrinin müavini qeyd edib.