YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev siyasəti Azərbaycanın uğurlu inkişafını layiqincə təmin edib

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Ölkəmizin xilaskarı, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqı, dövləti və tarixi qarşısında misilsiz xidmətləri olmuşdur. Doğma Vətənini hər şeydən çox sevən dahi şəxsiyyətimiz müasir ölkəmizin sosial-iqtisadi və siyasi əsaslarının möhkəmləndirilməsində, dünyanın aparıcı dövlətlərinin etibarlı tərəfdaşına çevrilməsində sözün həqiqi mənasında böyük işlər görmüşdür və buna görə də onun siyasi irsinin öyrənilməsi hansısa konkret zaman çərçivəsi ilə məhdudlaşdırıla bilməz.

Həqiqətən də XX əsrin mürəkkəb geosiyasi prosesləri fonunda ölkəmizin öz müstəqilliyini qoruyub saxlaması, cəmiyyətin ən müxtəlif təbəqələrinin mənafelərini ifadə edən dövlət idarəetmə sisteminin yaradılması Ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Onun qurduğu müstəqil Azərbaycan dövləti dünyanın ən qüdrətli ölkələrinin strateji müttəfiqi kimi regionda cərəyan edən proseslərin mərkəzində dayanır.

Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli dövlət xadimi Heydər Əliyev böyük siyasətdə qarşıya qoyduğu hədəflərə doğru irəliləyərkən təkcə daxili inamına, güclü intellektinə, parlaq zəkasına deyil, həm də ictimai etimada əsaslanmış, ən böyük dəstəyi xalqdan almışdır. Çünki xalq öz liderini sevirdi və sadəcə qurtuluşu, xilası Ulu öndərimizin ölkəmiz naminə olan fəaliyyətində görürdü. Hər bir azərbaycanlı yaxşı bilir ki, dahi Heydər Əliyevin həm sovet dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan titanik işlər görülüb.

Doğma Partiyamızın qurucusu, Ulu öndər Heydər Əliyevin 1993-ci ilin 3 oktyabr  tarixində xalqın təkidli tələbi və ümumxalq səsverməsi ilə Prezident seçilməsi Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifələrindən biridir. Ulu öndərin 1993-2003-cü illərdə ölkəyə rəhbərlik etdiyi dövr “Qızıl Onluq” adı altında tarixə qızıl hərflərlə yazılmışdır. Ölkəmizdə bütün sahələrdə uğurlu inkişafın əsası qoyulmuşdur. Dahi şəxsiyyət yenə də öz layiqli missiyası ilə ölkəmizi tamamilə parçalamaq istəyən  xaricdəki mənfur havadarlarına arxalanan qəsbkar ermənilərin ərazilərimizi işğal etməsinə imkan verməmiş, onun müdafiə qüdrətini möhkəmləndirmiş, hərtərəfli inkişafı üçün lazımi tədbirlər görmüş və atəşkəsin imzalanmasına nail olmuşdur. Bütün bu proseslərin nəticəsi idi ki, Azərbaycan xalqı ən ağır günündə dahi Heydər Əliyevi Bakıya dəvət etdi və daha sonra xalqın iradəsi ilə ulu öndər prezident seçildi. 1993-2003-cü illərdə ölkədə olan yüksək səviyyəli inkişaf, xalqın rifah halının yaxşılaşması, sosial-iqtisadi artım, beynəlxalq aləmdə artan nüfuz bir daha onu göstərdi ki, Azərbaycan xalqı öz Liderinin seçimində düzgün qərar vermişdir. Məhz həmin zamanlarda olduğu kimi Ulu öndər siyasəti bu gün də yaşayır və Prezident, Partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hər il daha da güclənirb, möhtəşəm uğurlara imza atır. Xüsusilə qeyd edim ki, Vətən müharibəsində qazanılmış böyük Qələbə və ümumilikdə ölkəmizin bütün parametrlər üzrə tərəqqi yolunda olması dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müdrik YAP siyasətinin bənzərsiz olduğuna ən bariz nümunədir. Ümumilikdə hər bir Azərbaycan vətəndaşı yaxşı bilir ki, ölkəmizin ən yeni tarixinin bütöv bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Ulu öndərimiz var qüvvəsini Azərbaycanın yüksəlişinə həsr edib, respublikamızın hər yerində nəhəng quruculuq işlərinin təşəbbüskarı və yaradıcısı olub. Ümummilli liderimiz Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti, mükəmməl bilik və bacarığı ölkəmizlə əlaqəli bütün sahələrdə dərin və silinməz iz qoymuşdur!