YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli həmrəylik ən önəmli faktordur

Vahid Əliyev

YAP Xocalı rayon təşkilatının sədri

Milli həmrəylik hər bir dövlətin daxili sabitliyini, davamlı inkişafını və xarici təsirlərdən müdafiə edən ən önəmli faktordur. Birinci Qarabağ müharibəsində torpaqlarımızın 20 %-nin erməni işğalçılarının əsarəti altına düşməsinin əsas səbəblərindən biri məhz, o dövrdə respublikada milli birliyin olmaması idi. Həmin dövrdə hakimiyyətdə olanlar hakimiyyətlərini qorumaq üçün Moskvanın buyruqqulu rolunu  oynayırdı. Özlərini demokratik qüvvələr adlandıranlar isə şəxsi maraqlarını hər şeydən uca tutaraq, hakimiyyətə gəlmək üçün mübarizə aparırdılar. Həmin dövrdə hakimiyyətə yiyələnməyin iki iyrənc metodundan istifadə edilirdi.  Bunlardan birincisi torpaqlarımızın ermənilər tərəfindən işğal edilməsinə şərait yaratmaqla daxili etirazları qızışdırmaqla hakimiyyətin devrilməsi,  ikincisi isə silahlı qiyam yolu ilə hakimiyyət çevrilişi  idi. Hər iki metotdan AXC-Müsavat cütlüyü istifadə edərək hakimiyyət çevrilişi etmişdilər.  Ataların gözəl bir deyimi var: “Hayla gələn, huyla gedər”. Onlar bir illik yarıtmaz hakimiyyətləri dönəmində respublikada elə bir vəziyyət yaratdılar ki, ölkədə vətəndaş müharibəsi başladı və ermənilər onlar üçün yaranmış  “münbit” şəraitdən istifadə edərək torpaqlarımızı bir-birinin ardınca işğal edə bildilər. O dövürdə respublikada xaos, hərcmərclik höküm sürürdü, Ordu əvəzinə ayrı-ayrı şəxslərə xidmət edən, başıpozuq silahlı dəstələr istədiklərini edir, kimi istəyirlər qanunsuz həbs edir, imkanı olan şəxsləri təqib və təhdit etmək yolu ilə onlardan külli miqdarda vəsait alır, onların üzərinə aylıq xərac qoyulurdu. Açıq etiraf edək ki,  insanlar evlərindən çıxmaqdan belə qorxurdular.

Ulu Öndər, xalqımızın Ümummilli Lideri Heydər Əliyev Azərbaycanın nurlu ziyalılarının, geniş xalq kütlələrinin çoxsaylı müraciətlərini, vətənimizin taleyinin və dövlət müstəqilliyinin sual altında olduğunu nəzərə alaraq,  şəxsi həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanda  yenidən siyasi hakimiyyətə qayıtdı. O, qısa müddətdə vətəndaş müharibəsi təhlükəsini, xaos və hərcmərçiliyi aradan qaldırdı, başıpozuq silahlı dəstələr ləğv edildi, vahid komandanlığa tabe olan nizami Ordunun təməli qoyuldu, ictimai sabitlik bərqərar edildi, qanunvericilik bazası yaradıldı, Azərbaycan bir dövlət olaraq informasiya blokadasından çıxarıldı, beynəlxalq təşkilatlar və dünya dövlətləri ilə beynəlxalq münasibələr quruldu və ən əsası xalq-iqidar birliyi təmin edildi. Respublikada ictimai sabitlik təmin edildiyindən xarici sərmayə və investisiya Azərbaycana gətirildi və beləliklə iqtisadi inkişafın təməli qoyuldu.

2003 – cü ildə Ulu Öndər Heydər Əliyevin mənəvi və siyasi varisi cənab İlham Əliyevin siyasi hakimiyyətə gəlişindən sonra Heydər Əliyevin siyasi kursu davam etdirildi. Bütün sahələri əhatə edən Dövlət Proqramları hazırlandı, təsdiq edildi və icrası nəzarətə götürüldü. Aparılan ardıcıl və uğurlu siyasət öz məntiqi nəicəsini verdi. Bir çox inkişaf etmiş dövlətlərin on illərlə qət edə bilmədiyi məsafə və inkişaf səviyyəsinə nail olundu.

Torpaqlarımızın işğaldan azad edilməsini şərtləndirən müasir silah və sursata sahib, fiziki və mənəvi psixoloji hazırlıqlı, peşəkar Ordunun qurulmasına, xalqımızın cənab Prezidentimizin ətrafında birliyinə nail olundu. Sülh yolu ilə Qarabağ probleminin həllinin mümkün olmadığı qənaətinə gəldikdən sonra hərbi-siyasi yol seçildi və cəmi 44 gün müddətində Prezident İlham Əliyevin qətiyyəti və sərkərdəlik məharəti, Ordumuzun qüdrəti və xalqımızın dövlət başçısının ətrafında sıx birliyi hesabına düşmən əsarətində olan torpaqlarımız işğaldan azad edildi.

Yuxarıda qeyd etdiyim kimi torpaqlarımızın işğaldan azad edilməsində ən önəmli faktorlardan biri xalqın ölkə rəhbəri ətrafında birliyidir. Əgər birlik olmasaydı heç bir sahədə uğur əldə etmək mümkün olmazdı. Xalq – iqtidar birliyini yaratmaq isə ölkə rəhbərinin əməli fəaliyyətindən və mənəvi keyfiyyətlərindən asılı olan məsələdir.

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizin tezliklə bərpa edilməsini və daimi yaşayış yerlərindən didərgin düşmüş soydaşlarımızın doğma ocaqlarına daha qısa müddətdə qaytarılması məsələsini daima diqqət mərkəzində saxlayır, kompleks tədbirlər həyata keçirir və vaxtaşırı həmin ərazilərə səfər edir.  Cənab Prezidentimizin işğaldan azad edilmiş hər bir səfəri  mühüm siyasi əhəmiyyət daşıyır və böyük məna kəsb edir.

Prezident İlham Əliyevin  “Anım Günü” nündə işğaldan azad edilmiş ərazilərə səfər etməsi və Füzuli rayonunun işğaldan ilk azad edilmiş Qaraxanbəyli kəndinin ərazisindəki yüksəklikdə, qaya üzərindəki abidənin ziyarəti böyük siyasi məna kəsb edirdi. Prezident İlham Əliyev çıxışında ermənilərə və onların havadarlarına lazımı siyasi mesajlarını ünvanladı. Millətimizin birliyi və bərabərliyi, Azərbaycanın dövlət müstəqilliyi nəyin bahasına olursa- olsun əbədi olacağı qeyd edildi.