YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev ideyaları əbədi yaşayacaq

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

Xalqımızın Ümummilli Lideri Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə də yenə özünün siyasi bacarığı gücünə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas edə bilmiş və cəmiyyətin məqsədini, qayəsini öz varlığında, özünün güclü şəxsiyyətində təzahür etdirərək, doğma xalqını yenidən vahid bir məfkurə ətrafında səfərbər edib onun qəlbində sabaha inam hissi yaratmağı bacarmışdı. Dahi Şəxsiyyətin yenidən hakimiyyətə qayıtması xalqın təkidi və tələbi, sonsuz istəyi ilə reallaşdı. Hadisələr o dövrə təsadüf edirdi ki, Ölkədə vətəndaş qırğını, hərc- mərcilik, anarxiya, xaos, siyasi iflas hökm sürürdü. Heydər Əliyevin Respublika rəhbərliyinə gəlməsindən sonrakı dövr milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı kimi qəbul edilir. Tarixin yetirdiyi görkəmli şəxsiyyətlərdən olan Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin və iki minilliyin qovuşuğundakı Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq, üçüncü minilliyə inamla qədəm qoyub. Ulu Öndərin uzaqgörən siyasəti Azərbaycanın neçə illər sonrakı inkişafına, azadlığının əbədi olmasına, ərazi bütövlüyünün- suverenliyinin bərbasına hesablanırdı. Heydər Əliyevin siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqinin əldə olunması kimi taleyüklü məsələlərdə uğurla illərin sınağından çıxdı. Heydər Əliyevin siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqinin əldə olunması kimi taleyüklü məsələlərdə uğurla illərin sınağından çıxdı. Heydər Əliyevin siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqinin əldə olunması kimi taleyüklü məsələlərdə uğurla illərin sınağından çıxdı. Dahi şəxsiyyət ilk növbədə ölkədə vətəndaş qarşıdurmasının qarşısın aldı. Ölkəni parçalamaq istəyən daxili və xarici qüvvələrə qarşı qətiyyətli və inamlı mövqe nümayiş etdirdi. Bu istiqamətdə Ulu Öndərin arxalandığı ən böyük qüvvə Azərbaycan xalqı idi. Məhz xalqın mütləq əksəriyyətinin səsverməsi ilə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Rəhbərlikdə təmsil olunduğu bütün tarixi dönəmlərdə olduğu kimi qətiyyətli şəxsiyyət, xalqın sevgi və dəstəyinə arxalanaraq qısa zaman kəsiyində Azərbaycanı böhranlı vəziyyətdən xilas etdi. Cəbhədə atəşkəs əldə olundu. Siyasi səhnədə demokratik dəyərlərin inkişafı ilə yanaşı dünyəvi qanunların bərqərar olması reallaşdı, söz azadlığı, fikir azadlığı bərpa olundu. İnsanlar siyasi düşüncələrinə görə təqib olunmadı. Bütün bunlarla paralel ölkənin beynəlxalq əlaqələri genişmiqyaslı inkişaf etdirildi. İqtisadi sahədə yeniliklər, reformalar işlənib hazırlandı və sürətlə həyata keçirildi. Nəhayət 1994 cü il 20 Sentyabr tarixində ”Əsrin Müqaviləsi” Neft kontraktı imzalanmaqla dünyanın ən qüdrətli dövlətlərinin və nəhəng şirkətlərinin maraqları birbaşa Azərbaycana yönəldi. Bərabərhüquqlu bu tarixi sənəd həmçinin Azərbaycanın siyasi müstəqilliyinin əbədi olmasını da təmin etdi. Sevindirici haldır ki, Ulu Öndərin genişmiqyaslı siyasi kursu onun layiqli davamçısı İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Azərbaycanın sürətli inkişafı, dünyada demokratik dəyərlərə sadiq ölkə kimi tanınması, regionun ən qüdrətli ölkəsinə çevrilməsi, nəhayət 44 günlük müharibənin zəfəri məhz cənab Prezident İlham Əliyevin adı ilə bağlıdır. Nə qədər ki, tarix duracaq Heydər Əliyev ideyaları müstəqil Azərbaycan dövlətinin timsalında əbədi yaşayacaq!