YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlik əbədiyyət zirvəsidir

Ağdaşda Vətən müharibəsi şəhidi Namətov Naib Firqət oğlunun şəhadətinin ikinci ildönümündə xatirəsi rayonun Qarağan Sədi kənd qəbiristanlığında məzarı önündə ehtiramla anılıb.

Anım mərasiminə Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov, Ağdaş Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə, RİH-in, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin əməkdaşları, partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri qatılıblar.

Çıxışlarda şəhid Naib Namətovun keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışılıb.

Qeyd edək ki, Naib Namətov 11 fevral 1998-ci ildə Ağdaş rayonunun Kotanarx kəndində anadan olub. 2020-ci il oktyabrın 3-də Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə o, ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.