YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Xəyal Namazovun xatirəsi yad edilib

Vətən müharibəsi şəhidi Xəyal Namazovun şəhadətinin ildönümü münasibətilə Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində yerləşən “Şəhidlər” Memorial Abidə Kompleksində anım tədbiri keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov, təşkilat əməkdaşları, Xocavənd Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələri, I və II Qarabağ müharibəsi iştirakçıları, veteranlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə şəhidlərin məzarları önünə tər güllər düzülüb, ruhlarına dualar oxunub, xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən RİH başçısı Eyvaz Hüseynov Vətən müharibəsində qazanılan Zəfərdən danışıb, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən 44 günlük müharibədə xalqımızın bir yumruq kimi həmrəylik, əzm və iradə nümayiş etdirdiyini, əsgər və zabitlərimizin qəhrəmanlıq səlnaməsi yazaraq, düşmən üzərində parlaq Qələbə qazandığını bildirib.

Çıxışlarda Azərbaycanın tarixi Zəfərinin əldə olunmasında xalqımızın həmrəyliyindən, əsgər və zabitlərimizin keçdiyi döyüş yollarından, göstərdikləri şücaətlərdən bəhs edilib.

Sonda Salakətin kənd tam orta məktəbinin şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş olunub.

DİGƏR Xəbərlər Arxiv