YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidin anım mərasimi keçirilib

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Qənbərov Mehman Nəriman oğlunun şəhadətinin ikinci ildönümü münasibətilə anım mərasimi keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Ağdam Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Məmmədov, Bərdə RİH-in məsul əməkdaşları, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Bərdə şəhərindəki Şəhidlər xiyabanında şəhidin məzarı ziyarət olunub, önünə tər güllər düzülüb, xatirəsi ehtiramla yad edilib.

Sonra tədbir iştirakçıları şəhidin xatirəsini əbədiləşdirmək məqsədilə inşa edilmiş abidə-bulaq kompleksinin və xatirə lövhəsinin açılış mərasiminə qatılıblar.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, polkovnik-leytenant Mehman Qənbərov 2020-ci ilin oktyabrın 1-də Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən o, ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.