YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qubada şəhidin xatirəsi anılıb

Qubada Vətən müharibəsi şəhidi Məhəmmədov Musa Bəhram oğlunun şəhadətinin ikinci ildönümü münasibətilə ailəsi ziyarət olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının sədri Fidan Hüseynova və təşkilat əməkdaşları şəhidin ailəsinə başsağlığı verib, belə vətənpərvər övlad böyütdükləri üçün valideynlərinə minnətdarlıqlarını bildiriblər.

Daha sonra şəhid ailəsinin qayğı və problemləri dinlənilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.