YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan 67-ci Kann Beynəlxalq Kinofestivalında təmsil ediləcək

Azərbaycan 67-ci Kann Beynəlxalq Kinofestivalında iştirak edir.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, 2014-cü il may ayının 14-dən 25-dək 67-ci Kann Beynəlxalq Kinofestivalı keçirilir. Dünyanın ən mötəbər kino tədbirində artıq dördüncü ildir ki, Azərbaycan pavilyonu fəaliyyət göstərir. Milli filmlərimizin nümayiş olunduğu pavilyonda xarici kino adamları - prodüserlər, rejissorlar, aktyorlar və şairlərlə görüşlər keçirilir, birgə layihələr müzakirə olunur. Ölkəmizin turizm imkanlarını təbliğ edən çap və video materiallar ziyarətçilərə nümayiş etdirilir.

Azərbaycan kinosu tarixində ilk dəfə olaraq Kann festivalının əsas müsabiqələrindən olan "Qısa metr" proqramında "Azərbaycanfilm" kinostudiyası ilə "Buta films" şirkətinin birgə çəkdikləri "Sonuncu" bədii filmi nümayiş etdiriləcək. Filmin rejissoru Sergey Pikalov, ssenari müəllifləri Sergey Pikalov və Aleksandr Krasavin, baş rolun ifaçısı isə İdris Rüstəmovdur.