YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdaşda şəhidlərin anım mərasimləri keçirilib

Ağdaş rayonunda Vətən müharibəsi şəhidləri Osmanov Məhəmməd Seymur oğlunun və Məmmədzadə Fərid Mehman oğlunun şəhadətlərinin ikinci ildönümü qeyd olunub.

Anım mərasimlərində Yeni Azərbayan Partiyası (YAP) Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov, Ağdaş Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin əməkdaşları, partiya fəalları ictimaiyyət nümayəndələri, şəhid ailələri iştirak ediblər.

Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirələri ehtiramla anılıb, ruhlarına dualar oxunub.

Qeyd edək ki, 1994-cü il oktyabrın 27-də Ağdaş rayonunun Ərəbocağı kəndində anadan olan Məhəmməd Osmanov 2020-ci il oktyabrın 4-də Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə o, ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

2000-ci il avqustun 20-də Ağdaş şəhərində doğulan Fərid Məmmədzadə oktyabrın 4-də Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik məqamına yüksəlib.

Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə o, ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Kəlbəcərin azad olunmasına görə” medallarına layiq görülüb.