YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti: Bu gün biz yeni, ancaq xoş çağırışlarla üzləşirik

Bu gün biz yeni çağırışlarla üzləşirik. Ancaq bunlar Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması kimi xoş çağırışlardır. Həmin insanlar buna layiqdirlər.

Bu fikirləri Prezident İlham Əliyev Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında söyləyib.

Keçmiş məcburi köçkünlərin uzun illər boyu çətin şəraitdə yaşadıqlarını bildirən dövlətimizin başçısı deyib: “Baxmayaraq ki, biz 300 mindən çox məcburi köçkünü yeni mənzillərlə təmin etmişik, bu mənzillərin açılışı zamanı onlar bizə öz minnətdarlıqlarını bildirir və hər dəfə deyirdilər ki, bizi öz torpaqlarımıza qaytarın”.

DİGƏR Xəbərlər Arxiv