YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müəllimlik müqəddəs peşədir

Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatı 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirib.

Tədbirdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Laçın rayon təhsil sektorunun rəhbərliyi və təhsil işçiləri, partiya fəalları iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin, həyatını itirən müəllimlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov müəllimləri peşə bayramı münasibəti ilə təbrik edərək ölkədə təhsilə göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, Ulu Öndər hakimiyyətdə olduğu bütün dövrlərdə müəllim əməyinə yüksək qiymət verilməsi, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində çox əhəmiyyətli qərarlar qəbul edib. İlqar İlyasov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən təhsil islahatlarından, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışaraq son illərdə təhsil sistemində qazanılan uğurları məhz bu sahəyə göstərilən diqqət və qayğının nəticəsi kimi dəyərləndirib. Rayon təşkilatının sədri Laçın rayonu, Zabux kənd tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını xüsusi vurğulayıb.

Çıxış edənlər ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlardan, əldə olunan uğurlardan və qarşıya qoyulan vəzifələrdən danışıblar.